77 nəfərin qatili Oslo Universitetinə daxil oldu
Bizi izləyin

Dünya

77 nəfərin qatili Oslo Universitetinə daxil oldu

Norveçli terrorçu Anders Breyvik Oslo Universitetinin siyasi elmlər fakültəsində təhsil alacaq.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, 36 yaşlı ekstremist həbsxana kameralarını tərk etmədən təhsilini davam etdirəcək.

“Norveçdə bütün məhbuslar giriş sınaqlarından keçəcəyi halda, ali təhsil almaq hüququna malikdirlər”, - ölkənin ən böyük universitetinin rektoru Olya Petter Ottersen qeyd edib.

Bildirilir ki, terrorçu iki il əvvəl universitetə daxil olmağa çalışırdı. Ancaq onun hazırlıq səviyyəsi qəbul komissiyasını təmin etməyib.

Ali məktəbin qərarı Norveç cəmiyyətində müzakirələr doğurub. Çoxları ağır cinayət törətmiş şəxsə ali təhsil hüququnun verilməsini yolverilməz hesab edir.

Xatırladaq ki, Anders Breyvik 2011-ci iyulun 22-də 77 nəfərin həlak olduğu iki terror aktı törədib. O, əvvəlcə Osloda hökumət binasında partlayış törədib, daha sonra isə Utoyya adasında hakim partiyanın gənclər düşərgəsinin 69 iştirakçısını güllələyib. Məhkəmə 2012-ci ilin avqustunda 21 il azadlıqdan məhrum edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm