Qorbaçov iflic oldu - FOTO
Bizi izləyin

Dünya

Qorbaçov iflic oldu - FOTO

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ağır xəstəlikdən iflic olub. ANS PRESS-in məlumatına görə, həkimlər hazırda onun onun vəziyyətinin stabil olduğunu bildirib.

Lakin onların sözlərinə görə, neqativ istiqamətdə dinamika mümkündür. Xəstəliylə əlaqədar gəzmək imkanları məhdudlaşan Qorbaçovun ən yaxşı Moskva xəstəxanalarından birinin VİP-bölməsində müşahidə olunur.


Mixail Qorbaçov


Sağlamlığı ilə əlaqədar Mixail Qorbaçov bir müddət əvvəl ölmüş Yevgeni Primakovun vida mərasiminə gedə bilməmişdi. Həkimlərinin sözlərinə görə, Qorbaçov praktik olaraq hər gün səhərlər xəstəxanaya gəlir və bütün gün boyunca öz palatasında olur. Gün ərzində lazımlı prosedurlar keçdikdən sonra o axşam evinə yola düşür.




Qorbaçov özü xəstəliyi ilə bağlı şərh edib ki, xəstəlik onun hərəkətedici fəallığına ciddi çətinliklər yaradıb. Lakin Qorbaçov öz diaqnozu barədə açıqlama verməkdən imtina edib.

“Həkimlər çox çalışırlar ki, mən düzəlişə gedim, amma irəliləmə hələlik çox əhəmiyyətsizdir. Mən hərəkət edə bilmirəm, mən yenidən hərəkət etmək istəyirəm”, - deyə SSRİ-in birinci prezidenti bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm