• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lukaşenkonu əvəz etmək istəyən MSK-ya sərxoş gəldi

  • Dünya
  • 18 İyul 2015 03:46
  • 307 Baxış
Lukaşenkonu əvəz etmək istəyən MSK-ya sərxoş gəldi

Belorus prezidenti postuna iddia edən şəxslərdən biri qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) sərxoş halda gəlib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, MSK-nın katibi Nikolay Lozovik onun sənədlərinin qəbul edilmədiyini deyib.

“Hazırda 12 nəfər sənədlərini verib. Biri isə Mərkəzi Seçki Komissiyasına sərxoş vəziyyətdə gəlmişdi. Kişi izah etməyə çalışırdı ki, ondan dünən içdiyi içkinin qoxusu gəlir, bu gün spirtili içki qəbul etməyib”, - Nikolay Lozovik bildirib.

Məlumata görə, MSK-ya sərxoş vəziyyətdə gələn Yuriye Şulqan adlı işsiz olub. O, 15 ildir ki, heç yerdə rəsmən işləmir.

Qeyd edək ki, Belarusda prezident seçkiləri 11 oktyabrda keçiriləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR