MH17 qəzasının qurbanları anılıb
Bizi izləyin

Dünya

MH17 qəzasının qurbanları anılıb

Ukraynanın şərqində 298 adamın ölümü ilə nəticələnən MH17 təyyarə qəzasının birinci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Publika.az xəbər verir ki, mərasim, Malayziya hava yollarına məxsus təyyarənin düşdüyü yerə ən yaxınlıqdakı Ukrayna kəndində keçirilib. Bunun ardınca isə insanlar qəza sahəsinə baş çəkib.

null

Mərasimlər, qurbanların çoxunun vətəni Niderlandda da keçirilib. Avstraliya da qəzada həlak olan 38 vətəndaşının xatirəsini anıb.

MH17 qəzasının qurbanları anılırMalayziya Hava Yolları şirkətinə məxsus təyyarəni rusiyapərəst Ukrayna üsyançılarının vurduğuna inanılır. Təyyarə Amsterdamdan Kuala Lumpura uçarkən vurulmuşdu.

Rusiya iddiaları rədd edir və Donetsk regionunda baş vermiş bu faciədə Ukrayna qüvvələrini günahlandırır.

null

Ukraynanın hadisə yerinə ən yaxın kəndi olan Hrabovedə 200-ə yaxın sakin memorial xidmət üçün kilsəyə gəlib və daha sonra qurbanların xatirəsinə ucaldılmış yeni abidəyə baş çəkiblər.

Əsasən qadın və uşaqlardan ibarət mərasim iştirakçıları əllərində güllər və ikonalar gəzdirib və Pravoslav dini mahnıları oxuyublar.

Qəzada 193 vətəndaşını itirmiş Niderlandda bayraqlar yarıya qədər endirilib və Amsterdamın Şiphol aerportunda MH17 təyyarəsinin havaya qalxdığı ərazidə çiçəklər qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm