Baş nazir radioaktiv maddələrlə zəhərləndiyi bildirilən balığı yeyib
Bizi izləyin

Dünya

Baş nazir radioaktiv maddələrlə zəhərləndiyi bildirilən balığı yeyib

Yaponiyada Fukuşima faciəsinin 3-cü ildönümündə sadə vətəndaşlar hökumətə etiraz məqsədilə küçələrə çıxıb.

Yaponiyada Fukuşima faciəsinin 3-cü ildönümündə sadə vətəndaşlar hökumətə etiraz məqsədilə küçələrə çıxıb.

Hakimiyyətin yeni 48 Atom Elektrik Stansiyası tikmək qərarına qarşı çıxan Tokio sakinləri paytaxtda həyatı iflic edib. Narazı yaponlar bildirib ki, hökumət bu tip layihələrə başlamaq barədə razılıq verməklə ölkənin gələcəyini təhlükə altına atmış olur. Faciənin ildönümünə qatılan Baş nazir Şinzo Abe isə bölgədə yayılan şaiyələrə şəxsi nümunə göstərməklə son qoymağa çalışıb.

Fukuşima vilayət binasına baş çəkən hökumət başçısı radioaktiv maddələrlə zəhərləndiyi bildirilən balığı yeyib. Onun siyasi rəqibləri isə olanları birmənalı qarşılamayıb. Müxalifət Abenin hərəkətini siyasi demoqoqiya adlandırıb.

Qeyd edək ki, 2011-ci ilin martın 11-də zəlzələ və ardınca sunami nəticəsində baş vermiş qəza dünyada Çernobl hadisəsindən sonra ən böyük faciə hesab edilir. Bölgədə radiasiya səviyyəsi isə hələ də yüksək olaraq qalmaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm