Dünya
Obama nənəsinin xahişini rədd etdi
ABŞ prezidenti Barak Obama onu evinə dəvət edən nənəsinin xahişini rədd edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Keniyaya səfər zamanı doğma kəndi olan Koqeloda ailəsinin üzvləri, o cümlədən nənəsinə baş çəkməyəcək.
ABŞ prezidentinin nənəsi Sara Obama qeyd edib ki, nəvəsinin qərarı ilə barışıb: “O, mənim qonağım deyil, Keniya prezidentinin qonağıdır. O, Koqeloya gələ bilmir, amma Obama onsuz da evinə gəlir. Obama bütün Keniyanın oğlu deyilmi?”
Qeyd edək ki, Sara Obama və kəndin digər sakinləri ABŞ prezidentindən onlara baş çəkməyi xahiş ediblər. Nənəsi Barak Obamaya söz verib ki, onu bolluca yedizdirəcək.
Barak Obama 24 iyulda Keniyaya sahibkarlıq üzrə qlobal sammitində iştirak etmək üçün gələcək. Afrika turnesi zamanı Obama həmçinin qonşu Efiopiyaya səfər etməyi planlaşdırır. Bu, onun Afrika qitəsinə prezidentliyi dövründə dördüncü səfəri olacaq. Obama doğma kəndində axırıncı dəfə 2006-cı ildə olub.
Ömər Dağlı
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!