2015-ci il son tarixdir: ya sülh olacaq, ya da genişmiqyaslı müharibə
Bizi izləyin

Dünya

2015-ci il son tarixdir: ya sülh olacaq, ya da genişmiqyaslı müharibə

“Norman dördlüyü” dövlətlərinin liderləri Angela Merkel, Fransua Olland, Pyotr Proşenko və Vladimir Putin Ukraynanın şərqində münaqişənin nizama salınması məqsədilə Minsk razılığının tamamilə yerinə yetirilməsi məsələsini telefonla müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu, liderlərin 30 apreldən sonra ilk müzakirəsidir. Bir gün öncə Ukrayna parlamenti səs çoxluğu ilə Konstitusiyaya dəyişiklikləri qəbul etdi. Olland və Merkel bu dəyişikliyi müsbət qarşılayıb.

Fransa prezidentin Olland 2015-ci ilin sonuna kimi Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Proşenko öz növbəsində bildirib ki, Ukrayna Rusiyadan fərqli olaraq Minsk razılaşmasını alqışlayır. O, bütün girovların, həmçinin, Rusiya ərazisində qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının təcili və şərtsiz azad olunmasının vacibliyini dilə gətirib.

Vladimir Putin isə Donetsk və Luqansk nümayəndələri ilə Kiyevin dialoqunu vacib amil olduğunu bildirib.

Ekspertlər isə Ukrayna düyününün çözülməsində 2015-ci ilin sonuna qədər olan vaxtın mühüm olduğunu hesab edirlər. Belə ki, 2015-ci ilin sonuna kimi ya sülh bağlanacaq, ya da genişmiqyaslı müharibə yenidən bərpa olunacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm