AB-dən Yunanıstana 7.17 milyard avroluq kredit
Bizi izləyin

Dünya

AB-dən Yunanıstana 7.17 milyard avroluq kredit

Avropa Birliyi Yunanıstana qısa dövr maliyyələşdirilməsi üçün 7,17 milyard avroluq kredit ayırmaq qərarını verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yunanıstana ayrılan 7,17 milyard avroluq qısa dövr maliyyə Avropa Maliyyə Sabitlik mexanizmi (EFSM) vasitəsilə təmin ediləcək.

Kredit Yunanıstana 3 aylıq müddətə verilib. Yayılan bəyanatda "Yunanıstan bu kreditlə yeni proqramın həyata keçirilməsinə başlanana qədər IMF və Avropa Mərkəzi Bankına olan yığılmış borclarını ödəyəcək" ifadələrinə yer verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm