“Google”un sürücüsüz maşını qəza törətdi, yaralılar var
Bizi izləyin

Dünya

“Google”un sürücüsüz maşını qəza törətdi, yaralılar var

“Google”un rolu və pedalı olmayan “Google Car” maşını qəza törədib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kaliforniya küçələrində təcrübə keçərkən baş verib.

Əvvəllər də təcrübə vaxtı müxtəlif qəzalar baş versə də, budəfəki qəzada yaralılar da var.

“Google” rəhbərliyi isə qəzaya digər maşınların səbəb olduğunu deyir.

Daha əvvəl “Lexus” markalı maşınları sürücüsüz vəziyyətə gətirən “Google” şirkəti bu maşınların 2.9 milyon kilometr yol getdiyini və yalnız 12 dəfə qəza törədə biləcəyini açıqlamışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm