Əməliyyat boyunca pianino çaldı - FOTO
Bizi izləyin

Dünya

Əməliyyat boyunca pianino çaldı - FOTO

Xəstə əməliyyat olunduğu zaman pianino çaldı.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə İsraildə baş verib.

Belə ki, son illər Parkinson xəstələrinin əməliyyat zamanı fərqli işlərlə məşğul olması bir adət halını alıb.Bu dəfə isə 71 yaşlı Parkinson xəstəsi olan qadın beyin əməliyyatı boyunca pianino çalıb. Şoşana Levi adlı qadına 4 il əvvəl xəstəxanada Parkinson diaqnozu qoyulub.

Pianino çalmağı çox sevən Levi bu xəstəlikdən sonra ən sevimli məşğuliyyətindən məhrum qalıb. “Musiqi olmazsa, həyatımın heç bir mənası yoxdur” deyən Levi əməliyyat olmağa qərar verib. Həkimi isə bədənindəki titrəmələri minimuma endirmək üçün əməliyyat boyunca pianino çalmasını məsləhət görüb.

Əməliyyat boyunca nəticəni tez anlamaq üçün parkinson xəstələrinə yerli anesteziya verilir. Bu zaman xəstə oyanıq olur və uzanmış halda istədiyi hərəkəti edə bilir.

Yenidən pianino çalmağın böyük həzz olduğunu deyən Levi artıq xəstəxanadan evə buraxılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm