Yaxın Şərqin xəritəsi dəyişir: İŞİD yeni oyunçu dövlət olacaq – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Yaxın Şərqin xəritəsi dəyişir: İŞİD yeni oyunçu dövlət olacaq – ŞOK PROQNOZ

İraq Şam İslam Dövlətinin (İŞİD) rəsmən dövlət olacağı təhlükəsi getdikcə güclənir.


Publika.az xəbər verir ki, buna səbəb olan amillər arasında İŞİD-in dövlət olaraq ictimai rəyə sırınması, xüsusilə Qərb mediasının qruplaşmanı “islam dövləti” kimi təqdim etməsidir.

Rusiyanın “İctimai rəy” fondunun İŞİD haqda sorğusunda da maraqlı nəticələr ortaya çıxıb. Fondun respondentləri arasında 62 faiz İŞİD haqda məlumatlıdır. 34 faiz isə bu haqda ilk dəfə eşitdiyini deyir. 28 faiz respondent qruplaşmaya qarşı Rusiya və Qərbin birgə mübarizə aparmalı, 8 faiz isə Moskvanın təkbaşına hərəkət etməli olduğunu düşünür.

Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko isə İŞİD-in fəaliyyətində bir neçə maraqlı məqam olduğunu deyib.

“Birincisi, mən körfəz ölkələrində İŞİD təhlükəsindən narahatlıq keçirənlərin olduğunu eşitməmişəm. Hərçənd, bu ölkələrin orduları son dərəcədə zəifdir. Yəni ABŞ kömək etməyə macal tapmadan İŞİD onlara hücum edə bilər. Görünür, onlar İŞİD-in hara hücum edəcəyini yaxşı bilirlər. İkincisi, İŞİD şərqə, yaxud cənuba deyil, yalnız qərbə doğru hərəkət edir. Yəni Suriya istiqamətində Türkiyəyə doğru.
Üçüncüsü, amerikanlar ötən payızda İŞİD probleminin İranı İraqa girməyə məcbur edəcəyini gözləyirdilər Lakin buna nail ola bilmədilər”, - deyə ekspert vurğulayıb.

Strateji qimyətlərndirmə mərkəzinin baş direktoru Sergey Qrinyev isə hesab edir ki, İŞİD-in “İslam dövləti”nə çevrilərək yeni beynəlxalq oyunçu kimi formalaşması müşahidə olunur: “Yaxın vaxtlarda Yaxın Şərq xəritəsində Vaşinqton belə bir oyunçusunu yetişdirəcək və qəbul etdirəcək. Bu gün İŞİD dövlət üçün lazım olan hər şeyi edir. Öz nazirlikləri, dövlət qurumları var. Öz məzənnəsinə sahibdir. Onlar regional təşkilat olmaqda da istəmirlər. Bütün hədəfləri dövlət qurmaqdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm