ABŞ və Kuba yarım əsr sonra: Səfirlik açılır
Bizi izləyin

Dünya

ABŞ və Kuba yarım əsr sonra: Səfirlik açılır

Növbəti həftənin birinci günü Vaşinqtonda Kuba səfirliyi açılacaq.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama iyulun 1-də Kuba ilə münasibətlərin normallaşması üçün fəaliyyətə başladıqlarını açıqlamışdı.

Bu prosesin nəticəsi kimi Kuba XİN rəhbəri Bruno Rodriguez iyulun 20-də Vaşinqtonda səfirliyin açılışını edəcək. Daha sonra o, Dövlət katibi Con Kerri ilə görüşəcək.

Qeyd edək ki, son 50 ildə Kuba ilə ABŞ arasında heç bir diplomatik əlaqə olmayıb. 1961-ci ildə kəsilən diplomatik əlaqələrin qurulması üçün altı aydır danışıqlar aparılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm