İŞİD kürdlərə qarşı kimyəvi silah işlədib
Bizi izləyin

Dünya

İŞİD kürdlərə qarşı kimyəvi silah işlədib

İŞİD Suriya və İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu kürd silahlıları və monitorinq qrupları bəyan edib. Onlar bildiriblər ki, kimyəvi silah iyunun 21-22-də kürd mövqelərinə hücum zamanı istifadə edilib.

Kürd qüvvələri İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm rol oynayır.

Kimyəvi silahın növü hələ ki, dəqiqləşdirilməyib. Ancaq döyüşçülərə qarşı istifadə edilən qazdan ölən olmayıb, çünki onlar təcili hospitallara çatdırılıblar.

ABŞ bildirib ki, kimyəvi silahdan istifadə ilə bağlı məlumatlıdırlar və əlavə informasiyalar toplayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm