Bağdadidən edam qadağası
Bizi izləyin

Dünya

Bağdadidən edam qadağası

İŞİD lideri Əbubəkr Əl Bağdadi edam görüntülərinin yayılmasını qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Deyli Meyl” qəzeti məlumat verib.

Qəzetin xəbərinə görə, terror təşkilatının media ofislərinə göndərdiyi əmr məktubunda bildirilib ki, bundan sonra edam görüntüləri sosial şəbəkələrdə və təşkilata yaxın media orqanlarında nümayiş olunmayacaq.

İddialara görə, Bağdadinin bu qərarı təşkilat arasında fikir ayrılığına səbəb olub. Təşkilatda yer alan bir qrup terrorçu qəfəsdə boğma, hündür mərtəbəli binadan atma, baş kəsmə kimi videoların İŞİD-in imicinə xələl gətirdiyini düşünür.

Digər seqment isə bu tərz görüntülərin qorxu yaratdığını iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm