Bakı - Supsa Gürcüstanı ayağa qaldırdı
Bizi izləyin

Dünya

Bakı - Supsa Gürcüstanı ayağa qaldırdı

Rusiya hərbi qüvvələrinin Gürcüstanın nəzarətində olan torpaqlara daxil olması paytaxt Tiflisidə minlərlə insanın etirazına səbəb olub.

ANS PRESS-in məlumatına görə, rus qoşunları Cənubi Osetiya istiqamətindən 1 kilometr məsafəyə qədər Gürcüstanın ərazisinə daxil olublar. Rəsmi Tiflis Rusiyanın Baku-Supsa neft kəmərinə nəzarəti ələ keçirməyə çalışdığını bildirib.

Gürcüstan hökuməti Rusiyanın təcavüzlərini dayandırmaq məqsədilə Moskva ilə danışıqlar aparsa da, danışıqlar indiyə qədər fayda verməyib. Gürcüstan xalqı hökuməti danışıqları dayandırmağa çağırıb.

Gürcüstan parlamentinin üzvü İrma Nadiraşvili bildirib: “Rusiya hər gün Gürcüstan ərazisini işğal edir. Buna baxmayaraq, hökumət bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Düşünürəm ki, xalq buna qarşı etiraz etməlidir. Hansı partiya tərəfdarı olmamızdan asılı olmayaraq biz birlikdə Rusiya və Gürcüstan hökumətinin siyasətinə qarşı çıxmalıyıq”.

Birləşmiş Milli Hərəkatın üzvü Qiqa Bokeriya deyib: “Rusiyanın bu hərəkəti bizim dövlətçiliyimizə, azadlığımıza qarşı təhlükədir. Lakin əsas problem bu təhlükəyə qarı çıxa biləcək qabiliyyəti olan hökumətin mövcud olmamasıdır. Ona görə də məqsədimiz bu hökuməti demokratik yolla devirmək və ölkəni müdafiə etmək üçün ordunu lazımi hazırlıq səviyyəsinə gətirməkdir”.

2008-ci ildə Ruisya ilə müharibə nəticəsində Gürcüstan Cənubi Osetiya ərazisinə nəzarəti itirdi. Daha sonra Rusiya Cənubi Osetiyanı müstəqil ölkə kimi tanıdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm