“Görüşməsələr intihar edəcək”
Bizi izləyin

Dünya

“Görüşməsələr intihar edəcək”

Türkiyədə tələbə olan 27 yaşlı iranlı İsa Yazdan Kəriminin aktrisa Hazal Kayaya olan heyranlığı həddini aşınca aktrisa təhlükəsizliyindən narahat olaraq polisə müraciət edib.

Axar.az xəbər verir ki, aktrisa onu sosial media hesablarından rahatsız edən və iş yerinə hədiyyələr göndərən iranlı pərəstişkarından şikayət edib.

İstanbul Ailə Məhkəməsinə müraciət edən aktrisa mühafizəçi tələb edərək, ailəsinin yaşadığı evə və özünə Kəriminin yaxınlaşmaması üçün tədbir görülməsini istəyib. Şikayətdən sonra Feysbuk hesabında Ya Hazalım, ya ölüm tipli statuslar yazan, aktrisaya göndərdiyi hədiyyələrə eşqim, yarım, arvadım qeydləri qoyan iranlı gənc şübhəli qismində istintaqa cəlb edilib.

Cərrahpaşa Tibb Fakültəsində təhsil alan iranlı Kərimi polisə ifadə verərək bunları deyib.

Onun pərəstişkarıyam, indiyə qədər bir dəfə də olsun üzdən görməmişəm. Evinə də getməmişəm. Amma iş yerinə hədiyyələr göndərdiyim doğrudur. Onu çox sevirəm, hətta evlənmək istəyərəm. Ona qətiyyən zərər vermək istəmərəm. Heç bir pis mesaj yazmamışam, ancaq ona heyranlıq duyduğumu söyləmişəm. Ailəm atasıyla görüşüb və onu rahatsız etməyəcəyimi söyləyib. O gündən bəri ona mesaj yazmıram. Vəziyyət bu həddə çatdığına görə təəssüf edirəm, peşmanam.

Məhkəmə Kərimi ailəsinin 4 ay boyu Hazal Kayanın evinə və iş yerinə yaxınlaşmamasına qərar verib.

Məhkəməyə verilən ərizədə Hazal Kayanın işlədiyi agentliyə gedən iranlı Kəriminin atası Yusif Yazdan Kərimi bunları deyib

Hazalla oğlum təcili sürətdə görüşməlidirlər. Əgər görüşməsələr, oğlum intihar edəcək. Təhsilini də yarımçıq qoyub. Hazalın evinin yollarında yatıb-qalxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm