Erməni qubernatorun oğlunu güllələdilər
Bizi izləyin

Dünya

Erməni qubernatorun oğlunu güllələdilər

Bu gecə Ermənistanın Alaverdi şəhərində Lori vilayətinin qubernatoru Artur Nalbandyanın oğlunu güllə ilə yaralayıblar.

ANS PRESS-in məlumatına görə, 22 yaşlı Levonu əvvəlcə Alaverdidə əməliyyat ediblər, sonra isə onu İrəvandakı “Erebuni” tibbi mərkəzinə göndəriblər.

Artıq atəş açan adam tutulub, silah müsadirə edilib.

İlkin məlumata görə, hadisə ov zamanı baş verib. Qubernator bu barədə xəbəri şərh etmək istəməyib.

Ermənistanda qubernatorların ailə üzvlərinin atışmaların iştirakçısı olması tez-tez baş verir. Məsələn, 2013-cü il iyunun 2-də Gorusda Sünik qubernatoru Surik Xaçatryanın malikanəsinə hücum edilmişdi. Qubernatorun oğlu Tiqran Xaçatryan bir nəfəri öldürüb, iki nəfəri yaralamışdı.

Bu məsələ dəfələrlə Ermənistan parlamentində müzakirə olunub və Serj Sarkisyanın qubernator vəzifəsinə kriminal ünsürləri təyin etdiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm