Tiflisdə Rusiya əleyhinə aksiya keçirilib
Bizi izləyin

Dünya

Tiflisdə Rusiya əleyhinə aksiya keçirilib

Tiflisdə hökumətin Rusiya ilə bağlı apardığı siyasətə qarşı etiraz aksiyası keçirilib. Aksiyaya 3 mindən çox etirazçının qatıldığı deyilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aksiyada Rusiya özünü respublika elan etmiş Abxaziya və Cənubi Osetiyanı işğal etməkdə ittiham edilib. Tiflisdə hökumət binasının qarşısına toplaşan etirazçılar əllərində “düşmənlə əməkdaşlığa” son qoyulmasını tələb edən plakatlar tutublar.

“İnterfaks”ın məlumatına görə, aksiyada “Milli Hərəkat” partiyası (sabiq prezident Mixail Saakaşvilinin partiyası) və bir neçə QHT-lərin yüzlərlə üzvü iştirak edib.

Tsxinval bölgəsində Cənubi Osetiyanın “sərhədlərini” müəyyənləşdirən yeni məlumat lövhələrinin quraşdırılmasına münasibət bildirən Gürcüstanın baş naziri bildirib ki, Gürcüstan itirilmiş ərazilərin konstitusion üsullarla qaytarılmasına nail olmağa çalışacaq.

Gürcüstan XİN bundan əvvəl məsələ ilə bağlı İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib. Gürcüstan tərəfinin iddiasına əsasən, yeni məlumat lövhələrinin 300 metr irəli çəkilməsi nəticəsində Bakı –Supsa neft borusu işğal olunmuş ərazidə qalıb.

Rusiya tərəfi isə məlumat lövhələrinin yerinin dəyişdirilməsi ilə bağlı ittihamları əsassız sayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm