• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İranın son 4 ildə ən böyük itkisi: gizlicə dəfn edildi

  • Dünya
  • 19 İyul 2015 23:41
  • 2 616 Baxış
İranın son 4 ildə ən böyük itkisi: gizlicə dəfn edildi

“Qüds Briqadaları”nın ikinci komandiri general Abdulkərim Rubaş Suriyada müxalifət silahlıları tərəfindən öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan DEBKA saytı iddia edib.

Məlumata görə, İran Bəşər Əsəd rejiminin müxalifət qüvvələrinə qarşı apardığı döyüşlərdə indiyə kimi iki generalını itirib. Rubaş isə İranın Suriyada itirdiyi üçüncü generaldır. Bu, İranın son 4 ildə Suriyada ən böyük itkisidir. Kəşfiyyat mənbələrinə istinad edən DEBKA general Rubaşın 13 iyulda paytaxt Tehranda gizli şəkildə dəfn edildiyini yazıb.

Rubaşın vətəndaş müharibəsinin başlanmasından bu yana Suriyada olduğuna diqqət çəkən DEBKA generalın snayper tərəfindən vurulduğunu qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR