ABŞ və Kuba qarşılıqlı olaraq səfirliklər açır
Bizi izləyin

Dünya

ABŞ və Kuba qarşılıqlı olaraq səfirliklər açır

Bu gündən etibarən Amerika Birləşmiş Ştatları (ABŞ) və Kuba arasında qarşılıqlı olaraq səfirlik açılır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, paytaxt Vaşinqton və Havanada yerləşəcək səfirliklərin açılması ilə 54 illik diplomatik təmassızlıq dövrünə son qoyulacaq.

Kuba rəsmiləri səfirlikdə rəsmi bayraqqaldırma mərasimi keçirəcək. Vaşinqtonun diplomatik məhəlləsində açılan səfirlikdəki mərasimə 500 qonaq dəvət olunub.

Kubanın xarici işlər naziri Bruno Rodrigez də mərasimdə olacaq. Nazir daha sonra ABŞ-ın dövlət katibi Con Kerri ilə də görüşəcək. Artıq Dövlət Departamentində Kubanın bayrağı Vaşinqtonun rəsmi münasibət yaratdığı ölkələr sırasında duracaq.

ABŞ rəsmiləri isə Havanadakı binada bayraq qaldırmayacaq. Avqustda keçiriləcək rəsmi mərasimdə Con Kerri iştirak edəcək.

Xatırladaq ki, Birləşmiş Ştatların rəsmi Havana ilə münasibətləri 1961-ci ildə pisləşib. O vaxtdan Kubaya qarşı ticarət, iqtisadi və maliyyə embarqoları qoyulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm