Yaponiya mətbuatı Azərbaycan şərablarından yazdı
Bizi izləyin

Dünya

Yaponiya mətbuatı Azərbaycan şərablarından yazdı

Yaponiya mətbuatı Azərbaycan şərablarından yazdı

Yaponiyanın qida və içki məhsulları istehsalçıları arasında populyar olan “wi-not?” jurnalında Azərbaycan şərabları haqqında “Nəhayət Qafqazın Azərbaycan mənşəli şərabı Yaponiyada peyda oldu” adlı məqalə dərc edilib.

Bakupost.az-ın AzərTAc-a istinadən yaydığı məlumata görə, məqalədə Yaponiyanın “Orient Stars” şirkətinin meneceri Maiko Haşiquçi Azərbaycanın Şəmkir rayonunda istehsal edilən şərabların Yaponiyaya idxalının başlanması barədə məlumat verir. Bildirir ki, bu idxal öz mənbəyini balıqçılıq sənayesi şirkətindən götürüb.

Belə ki, “Orient Stars”ın müştərisi olduğu Saxalin balıqçılıq şirkətlərindən birinin prezidenti olan Misir Əlirzayev qardaşının Azərbaycanda şərab istehsalı ilə məşğul olduğunu onlara danışıb.

İstehsalçı müəssisənin direktoru Əsgər Əlirzayevlə tanışlıq da onun vasitəsilə reallaşıb. Tezliklə Azərbaycana səfər edən M.Haşiquçi Şəmkir rayonunda 110 hektar ərazidə üzüm plantasiyası və zavodla yerində tanış olub.

Azərbaycan şərabının Yaponiyaya idxal olunmasına görə “Şərq ulduzu”nun rəhbərliyinə minnətdarlığını bildirən M.Haşiquçi onun tezliklə Yaponiya bazarında öz mövqeyini möhkəmləndirəcəyinə əmin olduğunu vurğulayır.

Çünki bu şərablar Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yetişdirilən üzümdən təbii yolla istehsal edilir.

Qeyd olunur ki, zavodda emal edilən şərablar yalnız yerli sortlardan deyil, eyni zamanda, Fransa, İtaliya və Gürcüstandan gətirilərək burada yetişdirilən üzüm növlərindən də alınır. Məqalədə istehsal edilərək Yaponiyaya gətirilmiş şərabların çeşidləri, satış nöqtələri barədə də oxuculara ətraflı məlumat verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm