Ruslar Pentaqona hücüm etdilər
Bizi izləyin

Dünya

Ruslar Pentaqona hücüm etdilər

Rusiya ilə bağlı hakerlərin ABŞ-da növbəti hədəfi Müdafiə Nazirliyi (Pentaqon) olub.

Publika.az “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, hakerlər Ağ Ev və Dövlət Administrasiyasından sonra Pentaqonun kompüter şəbəkəsinə müdaxilə ediblər.

Məqalənin müəllifi Şeyn Harris qeyd edir ki, rusiyalı hakerlər müasir və son dərəcə mürəkkəb texnologiyalardan istifadə edirlər. Bu isə onların izlərinin aşkar edilməsini çətinləşdirir.

Kompüter təhlükəsizliyi üzrə ekspert, xüsusi təyinatlı Amerika qoşunlarında 20 ildən çox xidmət edən Maykl Adams rusiyalı hakerlərin hücumunu daha aydın şəkildə göstərmək üçün hərbi analogiyadan istifadə edib: “Bu, gözəgörünməz bombardmançıların hücumuna bənzəyir. Hədəf tamamilə məhv edilir və ondan sonra rəqib başa düşür ki, ona hücüm ediblər”.

“Hakerlər şifrələrin çoxsaylı formalarından və müdafiə olunan kommunikasiya kanallarından istifadə edirlər. Onlar kompüterlərə müdaxilənin izlərini yox edir, hansı informasiyanın oğurlandığını və hansı kompüterlərə müdaxilənin edildiyini anlamaq olduqca çətinləşir”, - nəşr qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm