İŞİD uşaqlara baş kəsməyi belə öyrədir
Bizi izləyin

Dünya

İŞİD uşaqlara baş kəsməyi belə öyrədir

İnternetdə dərc etdiyi dəhşətli edam videoları ilə rəqibləri qorxutmağa çalışan İŞİD terror qruplaşmasının üzvləri uşaqlara da baş kəsməyi öyrədir.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, terror qruplaşması əsir tutduğu uşaqları oyuncaq körpələrin başını kəsməyə məcbur edir.

Agentliyin yazdığına görə, İŞİD tərəfindən qaçırılan və “Yahya” adı verilən 14 yaşındakı yezidi uşaq Suriyanın Rakka şəhərində “baş kəsmə” təlimlərində iştirak edib. İŞİD-dən qaçdıqdan sonra Şimali İraqda “Associated Press”ə danışan “Yahya” təxminən 120 uşağın “baş kəsmə” təlimlərinə qatıldığını söyləyib.

“Mənə qılıncı necə tutmalı və necə vurmalı olduğumu söylədilər. Mənə kəsdiyim başın kafirlərin başı olduğunu bildirdilər”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm