Rus milyarder kosmosdakı həyat üçün 100 milyon dollar xərcləyəcək
Bizi izləyin

Dünya

Rus milyarder kosmosdakı həyat üçün 100 milyon dollar xərcləyəcək

Rusiya milyarderi Yuri Milner ən yaxın 10 ildə Yer planetindən kənar həyatın axtarışı üzrə layihəyə 100 milyon dollar xərcləyəcək.

Publika.az “The Business Insider” nəşrinə istinadən xəbər verir ki, milyarder bu barədə 20 iyulda London Kral Cəmiyyətində çıxışında bildirib.

Milnerin sözlərinə görə, o, uşaqlıqdan kosmosla maraqlanır. Kosmosa ilk uçan insan Yuri Qaqarinin adını daşıdığına diqqət çəkən rusiyalı milyarder bu tarixi hadisənin baş verdiyi 1961-ci ildə doğulduğunu deyib.

Milyarder ümid etdiyini bildirib ki, onun hərəkətləri başqalarını da bu cür tədqiqatlara pul qoymağa həvəsləndirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm