Bu ölkədə 1 avroya torpaq satılır
Bizi izləyin

Dünya

Bu ölkədə 1 avroya torpaq satılır

Finlandiyanın Tohmajarvi qəsəbəsindəki dövlət torpaqları 1 avrodan satışa çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı SVT dövlət televiziyası verib. Məlumata görə, əhalinin azalmasının qarşısını almağa çalışan hökumət bu yolla ölkəyə maraq artırmağı düşünür.

İnsanları qəsəbədə yaşamağa sövq edən hökumətin güzəştləri bununla bitmir. Televiziyada verilən məlumatda bildirilir ki, qəsəbəyə köçən hər bir ailə bütün əlavə məsrəflərdən azad olacaq.

Bununla bərabər, hökumətin qoyduğu şərtlər var. Belə ki, qəsəbəyə köçən hər bir ailə 2 il ərzində özünə ev tikməlidir. Əks halda həmin ailələr bu güzəştdən məhrum olacaq.

Məlumat üçün bildirək ki, sahəsi 895,35 kvadrat kilometr, əhalisi 4800 nəfər olan Tohmajarvi qəsəbəsi ölkənin şimalında, Karalen bölgəsində yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm