Yunanıstanda ölüləri basdıra bilmirlər: meyitxanalar doludur
Bizi izləyin

Dünya

Yunanıstanda ölüləri basdıra bilmirlər: meyitxanalar doludur

İqtisadi böhranın vurduğu Yunanıstanda baş verənlər sadəcə həyatda olan insanlara təsir etmir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, böhranın dərinliyi elə həddə çatıb ki, meyitlər də maddi imkansızlıq səbəbilə dəfn edilmir.

Yunanıstanda borc böhranı səbəbindən yaranan insanlıq böhranının miqyası da sürətlə artır. QİÇS (SPİD) xəstələrinə verilən aylıq 700 avroluq dövlət yardımını almaq üçün özünə HİV virusu yeridənlərdən, bir anda evsiz qalanlara qədər böyük travmalar baş verir. Ancaq gündəlik 60 avro nağd pul məhdudiyyəti qoyulan ölkədə böhran artıq təkcə yaşayanlara təsir etmir. Yunanıstanda nağd pul sıxıntısı elə həddə gəlib ki, dəfn işləri də dayanıb. Gündəlik 60 avro nağd pul çəkən xalq cənazələri dəfn edə bilmir, çünki xərclər 60 avronun 15 qatı böyüklüyündədir.

Məlumatda qeyd edilir ki, bir dəfn prosesinə başlamaq üçün 800-1000 avro arasında pul lazımdır. İnsanlar isə dəfn bürolarına gəlib 50-70, hətta 20 avro pulları olduğunu deyirlər.

Artıq cənazələrə pul da əvvəlcədən tələb olunmağa başlanıb. Çünki cənazənin ardınca nağd pul sıxıntısı ucbatından pullarını yığa bilməmək təhlükəsi yaranıb. Meyitxanalarda meyitlərin sayının artması səbəbilə dövlətə müraciət edənlərin sayı da çoxalıb. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm