Gül ərgənokonçuların azad olunması haqda sərt danışdı: “İnsanları kəsənlər...”
Bizi izləyin

Dünya

Gül ərgənokonçuların azad olunması haqda sərt danışdı: “İnsanları kəsənlər...”

Abdulla Gül ərgənokonçuların azad olunması haqda sərt danışdı: “İnsanları kəsənlər...”

Türkiyə prezidenti Abdullah Gül Malatyada “Zirvə” nəşriyyatının 3 işçisinin ölümündə ittiham olunan 5 nəfərin azadlığa buraxılmasından narahatlığını ifadə edib.

Publika.Az –ın verdiyi məlumata görə, prezident qəzetdə dərc olunan “Boğaz kəsən 5 qatil sərbəst” yazısındakı narahatlığı paylaşdığını dilə gətirib.

“İnsanların boğazını, dillərini kəsənlərin 7 il sonra azad edilməsi vicdanları narahat edir. Bu narahatlığı aradan qaldırmaq üçün qanunvericilikdə dəyişikliklər edilməlidir”, - Türkiyə prezidenti söyləyib.

Qeyd edək ki, “Zirvə” nəşriyyatının 3 işçisinin missionerlik fəaliyyətinə görə öldürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm