Türkiyədəki terror aktı nəticəsində ölənlərin sayı 32-yə çatdı
Bizi izləyin

Dünya

Türkiyədəki terror aktı nəticəsində ölənlərin sayı 32-yə çatdı

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonundakı Amara Mədəniyyət Mərkəzində ötən gün törədilən terror aktı nəticəsində ölənlərin sayı 32-yə çatıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Barış və Demokratiya Partiyasının (BDP) həmsədri Səlahəddin Dəmirtaş məlumat verib.

Onun sözlərinə görə, kamikadze tərəfindən törədilən terror aktına görə BDP böyük kədər hissi keçirir. S.Dəmirtaş deyib ki, terror hadisəsi zamanı BDP 32 gəncini itirib: “Çox acı bir hadisədir, insanlığa zidd olan bir qətliamdır. Bu qətliamı törədənlərdən daha çirkinini isə media tərəfindən edilməkdədir. Partiya binalarımızın təhlükəsizlik tədbirlərini daha da artıracağıq. Bütün vətəndaşlarımız təhlükəsizliyi artırsın. Çünki Türkiyədə hər yerdə İŞİD terrorçuları dolaşır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm