Türkiyədə terror əleyhinə aksiyalar başladı
Bizi izləyin

Dünya

Türkiyədə terror əleyhinə aksiyalar başladı

Ötən gün Türkiyənin Suruç bölgəsində törədilən qanlı terror aktına etiraz olaraq ölkənin bir çox şəhərlərində kütləvi aksiyalara başlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, insanların kütləvi şəkildə toplaşdığı aksiyalardan biri də İstanbulun Taksim meydanında olub. Türkiyə polisi İstanbulda keçirilən aksiyaya imkan verməyib.

Xatırladaq ki, ötən gün Suruçda törədilən terror aktı nəticəsində 32 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm