İstanbulda nümayişçilər polisə atəş açdı, 2 nəfər yaralandı – FOTO
Bizi izləyin

Dünya

İstanbulda nümayişçilər polisə atəş açdı, 2 nəfər yaralandı – FOTO

İstanbulun Sultangazi, Eyüp, Sarıyer və Beyoğlu məhəllələrində ötən gün Suruçda törədilən terror aktını bəhanə gətirilərək, icazəsiz aksiya təşkil olunub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aksiya icazəsiz təşkil olunduğu üçün polis tərəfindən dağıdılıb.

Ancaq aksiya zamanı insident yaşanıb. Belə ki, etirazçılardan bir neçəsi əllərindəki ov tüfəngləri ilə polislərə atəş açıblar. Bu zaman 2 nəfər polis yüngül xəsarət alıb.

Baş verən hadisə İstanbulda böyük tıxaca da səbəb olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm