Davudoğlu göz yaşlarını saxlaya bilmədi - VİDEO
Bizi izləyin

Dünya

Davudoğlu göz yaşlarını saxlaya bilmədi - VİDEO

PKK ilə Türkiyə ordusunun arasında yaşanan silahlı qarşıdurmada şəhid olmuş onbaşı Müselim Ünalın dəfnində kövrək anlar yaşanıb.


Publika.az xəbər verir ki, dəfn mərasiminə qatılan Baş nazir Əhməd Davudoğlu göz yaşlarını saxlaya bilməyib.


“Böyük millətlər tarixdə böyük qalibiyyətlərlə yanaşı, böyük fədakarlıqları ilə da qalıblar. Qədimdən günümüzə qədər bu torpaqların bizə vətən olaraq qalması uğrunda şəhid olan bütün insanları rəhmətlə anıram. Ailəniz ailəmizdir. Şəhidimizin ruhu şad olsun, Türk Silahlı Qüvvətlərimizin və ailəmizin başı sağ olsun”, - deyə Davudoğlu çıxışında bildirib.


Davudoğlunun göz yaşlarını saxlaya bilməməsi kameralara tuş gəlib.



Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm