Sabiq nazir: “Rusiyada rejimin dəyişməsi qaçılmazdır”
Bizi izləyin

Dünya

Sabiq nazir: “Rusiyada rejimin dəyişməsi qaçılmazdır”

Rusiyada rejimin dəyişməsi qaçılmazdır. Mümkündürki, bu indicə baş versin. Amma Qərbi bu varianta şərik etmək və ya onu öz siyasətinin hədəfi etmək lazım deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın sabiq xarici işlər naziri Andrey Kozırev ABŞ-ın “New York Times” nəşrində yazıb.

Onun sözlərinə görə, Rusiya xalqı yenidən üsyan qaldıracaq, amma möhkəm demokratiyaya və sabit iqtisadiyyata gedən yol mürəkkəb olacaq. Kozırev Kreml tərəfindən irəli sürülən hər iki - Rusiyanın dirçəlişi və düşmənlərin onun ətrafında yaratdığı blokada versiyalarından şübhələnir. Müəllifin fikrincə, indiki Rusiya hökuməti sadəcə olaraq möhkəm iqtisadi inkişaf üçün lazım olan islahatlara uyuşmazdır.

“Bu gün ölkə həqiqətən də dizi üstədir. İqtisadi inkişafdan məhrum edilən xalq gec-tez oyanmağa məcbur ediləcək”, - sabiq nazir hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm