“ABŞ Rusiyanı da eyni strategiya ilə boğur”
Bizi izləyin

Dünya

“ABŞ Rusiyanı da eyni strategiya ilə boğur”

“ABŞ SSRİ-ni boğduğu kimi Putin Rusiyasını da boğur”.

Publika.az xəbər verir ki, bu sözləri Ukraynanın “Qordon” nəşrinə açıqlamasında Rusiya maliyyəçisi və bloggeri Slava Rabinoviç deyib.

Onun sözlərinə görə, ABŞ Rusiya ilə münasibətlərdə müəyyən taktiki güzəştləri edə bilər, amma Vaşinqton Rusiyanın hazırkı iqtidarının devrilməsində maraqlıdır.

“ABŞ-ın strategiyası əsla dəyişməyib. Vaşinqton üçün Putinin rejimi qəbuledilməzdir və Amerika Avropanı tərk etməyəcək. ABŞ Putin rejiminin tədricən boğulması strategiyasını seçib. Eyni strategiya ilə Sovet İttifaqı da boğulmuşdu. ABŞ həmçinin Ukraynanın Avropa Birliyinin orbitinə cəlb edilməsi strategiyası aparır. Vaxtilə bu strategiya sayəsində Polşa, Çexiya, Slovakiya və Macarıstanı Avropa Birliyinin orbitinə cəlb etmək mümkün olub”, - maliyyəçi qeyd edib.

Rabinoviçin sözlərinə görə, bir çox amerikalı investor hazırda Ukraynaya pul yatırmaq istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm