• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Zəlzələyə davamlı evlər - FOTO

  • Dünya
  • 22 İyul 2015 06:39
  • 457 Baxış
Zəlzələyə davamlı evlər - FOTO

Yaponiyanın “Hideaki Takayanagi Architects” memarlıq şirkətinin mütəxəssisləri ölkədə torpaq sahəsinin bahalığını nəzərə alaraq, kiçik ərazidə tikilə biləcək evin layihəsini hazırlayıblar.

“Life in Spiral” adlandırılan 4 mərtəbəli yaşayış evinin sahəsi 109 kvadratmetrdir. Ev bütünlüklə polad nazik təbəqələrdən quraşdırıldığından xeyli yüngüldür.

Ekspertlərin qənaətinə görə, ölkə ərazisində tez-tez zəlzələ baş verdiyindən bu tip evlərə ehtiyac daha çoxdur.

Binanın iki fasadı tamamilə şüşədən ibarətdir. Birinci mərtəbədə kabinet, ikincidə isə qonaq və mətbəx otaqları yerləşir. Ev 3-cü mərtəbəsində yataq və vanna, sonuncu mərtəbədə isə daha 2 yataq otağına malikdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR