İstanbulda gəmi tarixi villaya çırpıldı - FOTO
Bizi izləyin

Dünya

İstanbulda gəmi tarixi villaya çırpıldı - FOTO

İstanbulun Bosfor boğazı sahillərində gəmi XIX əsrə aid villaya çırpılıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, "Majed and Randy" adlı gəmi Syerra-Leone bayrağı altında üzüb.

106 metrlik gəminin 1860-cı ilə aid tikiliyə çırpılması nəticəsində villanın fasadı dağılıb.

İdarəetməni itirmiş gəminin törətdiyi qəza nəticəsində heç kəs xəsarət almayıb. Gəminin də zərər gördüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm