
Çeçenistanda baş verən avtobus qəzasında 11 nəfər həlak olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çeçenistanın Xaraçoy yaşayış məntəqəsində baş verib. Belə ki, sərnişin daşıyan mikro-avtobus 200 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəzanın baş vermə səbəbləri məlum deyil.
Çeçenistan Prezidenti Ramzan Kadırovun sözlərinə görə, mikro-avtobusda gedən sərnişinlərin hamısı Dağıstanın Andi kənd sakinləri olub.
“Uşaq da daxil olmaqla, 6 sərnişin ağır bədən xəsarətləri alıb”, - Prezident deyib.
Kadırov xəstələrin ən yaxşı həkimlərin nəzarəti altında olduğunu bildirib. O, Dağıstanın başçısı Ramazan Abdulatipova və ölənlərin ailələrinə başsağlığı verib.
Nura