Kral sarayında dustaq kimi saxlanılan şahzadələr
Bizi izləyin

Dünya

Kral sarayında dustaq kimi saxlanılan şahzadələr

Kral sarayında dustaq kimi saxlanılan şahzadələr

Səudiyyə Ərəbistanı kralının iki qızı digər bacıların da 13 il müddətində kral sarayında dustaq kimi saxlandığını iddia edir.

42 yaşlı şahzadə Səhər və 38 yaşlı Cəvahir Ciddə şəhərində tikilmiş villada öz istəkləri olmadan gözətçilər tərəfindən saxlanılır.

Onlar dünyaya kral ailəsi ölkəsində qadınların ikinci dərəcəli rol oynadığını bəyan etmək istəyirlər. Səudiyyə Ərəbistanı qadınlara maşın sürməyi qadağan edən yeganə ölkədir.

Səhər və Cəvahir bildirir ki, onların 39 yaşlı Hala və 41 yaşlı Maha bacıları da ətraf mühitdən uzaqlaşdırılaraq Ciddə şəhərində ayrı-ayrı villalarda saxlanılır.

Səudiyyə kralının keçmiş həyat yoldaşı və bacıların anası Alanoud Alfayez BMT-in İnsan Hüquqlarına müraciət edərək qızlarının dustaq kimi saxlanılması və dünya ilə əlaqəni kəsməsi haqqında şikayətini bildirib.

Səhər və Cəvahir qəzetlərin birinə məktub yazaraq qeyd edib ki, evdə tək saxlanılan bacılara hətta ev işlərində kömək etməyə bir insan da yoxdur.

Bacılar qeyd ediblər ki, çörək almaq üçün çölə çıxanda da onların üzərinə nəzarətçi qoyulmuş qardaşlarından icazə almalıdırlar.

Hətta Səhərin banklardan birində iş tapması da məlum olub, lakin atası onu işçi kimi görmək istəmədiyindən evdə dustaq edib.

Abdulla 2005-ci ildən etibarən Səudiyyə Ərəbistanının kralı olub. Zəngin mülkə malik olan kral dünyanın ən zəngin insanlarından biri hesab olunur.

Alfayezin 15 yaşı olarkən 40 yaşlı Abdullaya ərə gedib, lakin cütlük 10 ildən sonra boşanıb.

38 uşağa sahib olan kral Alfayez və şahzadə Səhər də daxil olmaqla dörd qızını qardaşlarının nəzarəti altında saxlayıb.

Səudiyyə Ərəbistanı qanunlarına əsasən, qadınların səyahət etməsi, rəsmi bizneslə məşğul olması və kişi gözətçiləri olmadan tibbi müayinədən keçməsi qadağandır.

Naz-nemət içərisində böyüyən bacılar Səudiyyə xalqının aclıq çəkməsindən şikayətcil olduqdan sonra onlara qarşı düşmənçilik meylləri artıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm