Gülən Ərdoğanın qarşısına şərt qoydu - "Hökumətdə təmsil olunsunlar...."
Bizi izləyin

Dünya

Gülən Ərdoğanın qarşısına şərt qoydu - "Hökumətdə təmsil olunsunlar...."

Gülən Ərdoğanın qarşısına şərt qoydu -"Hökumətdə təmsil olunsun...."

ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lideri Fəthulah Gülənin “Financial Times” qəzetində “Demokratiyanın xilası üçün Türkiyənin yeni bir Konstitusiyaya ehtiyacı var” başlıqlı məqaləsi dərc olunub.

Publika.Az –ın verdiyi xəbərə görə, dini lider hökumətin icraedici qanadındakı kiçik bir qrupun bütün bir ölkənin inkişafını saxladığını bildirib.

Dini lider bildirib ki, hökumətin son günlərdə atdığı bəzi addımlar Avropa İttifaqı və digər Qərb ölkələrinin tənqidləri ilə qarşılaşıb. “On illərlə davam edən hərbi çevrilişlər və siyasi sabitsizlikdən sonra iqtidardakı AKP ordunun daxili siyasətə müdaxiləsinə son verməli idi. Bu məqsədlə həyata keçirilən demokratik islahatlar Avropa İttifaqı tərəfindən tərifləndi və 2010-cu ilin Konstitusiya referendumu xalqın əksəriyyətinin dəstəyini aldı. Ancaq bir vaxtlar ordunun daxili siyasətdəki yerini indi icraedici qanaq tutub. Son on ilin uğurlarının üzərinə qaranlıq bir kölgə düşüb”, - Gülən söyləyib.

F.Gülən hesab edir ki, Türkiyə hökumətinin ölkə daxilində və xaricdə etibarı yenidən qazanmaq üçün tək yol universal insan haqqları və hüququn üstünlüyünün təsbit olunduğu yeni Konstitusiyadır. “Böyüyən bir xalqın bünövrəsini təşkil edən müəyyən dəyərləri qucaqlamaq lazımdır” deyən dini lider bildirib ki, din adından həyata keçirilən iqtidarçılıq islamın ruhu ilə ziddiyyət təşkil edir. “Din siyasətlə qarışdırılanda hər ikisi də zərər çəkər”, - o, əlavə edib.

Gülən cəmiyyətinin hər təbəqəsinin hökumətdə təmsilçiliyinin vacib olduğunu qeyd edib.

Xidmət hərəkatının hamıya eyni imkanalr yaratmaq üçün 1970-ci illərdən bu yana çalışdığını qeyd edən Gülən tərəfdarlarının ölkənin rəhbərliyində imtiyazlı bir güc əldə etmək məqsədi olmadığını da xüsusi vurğulayıb. Ərdoğanın “ölkəyə qayıt” çağırışına da cavab verən Gülən ABŞ-da ruhani inzivasını davam etdirəcəyini, hər hansı bir siyasi partiyanı dəstəkləməkdən də uzaq olacağını bildirib. Türkiyədə demokratiyanın oturuşması və indilər girdabına düşdüyü mənfi vəziyyətdən xilas olması üçün dua etdiyini dilə gətirən Gülən əsas demokratik prinsiplərin qəbul edilməsilə Türkiyənin bölgə və dünya üçün nümunə ola biləcyini qeyd edeib.

Bəzi təhlilçilər bu yazını və yazıda səsləndirilən təklifləri Gülənin Ərdoğan qarşısında qoyduğu şərt kimi dəyərələndirir. Xatırladaq ki, AKP hökumətinin rəsmiləri nə müddətdir ki, gülənin Türkiyəyə qayıtması barədə çağırışlar edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm