Maskalılar ölkəni belə qarışdırır: son 24 saatda nələr oldu? – FOTOLAR
Bizi izləyin

Dünya

Maskalılar ölkəni belə qarışdırır: son 24 saatda nələr oldu? – FOTOLAR

Türkiyənin Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində İŞİD tərəfindən törədilən terror aktından sonra bütün ölkə miqyasında təxribat xarakterli hadisələr yaşanıb.


Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzeti Suruç terrorundan sonrakı 24 saat sonra baş verənləri araşdırıb.


İstanbulda AKP-nin Sancaqtepe qəsəbə binasına bomba atılıb. Qazi Polis Mərkəzi avtomatla gülləbaran edilib. Həmçinin ən strateji yerlərə hücumlar edilib. Batman, Mardin, Siirt və Şırnakda Suruçdakı terror aktını bəhanə edərək küçələrə çıxanlar polislə qarşıdurmaya gedərək, çaxnaşma yaratmağa çalışıblar. Etirazçılar bütün Türkiyənin küçələrə çıxması üçün çağırışlar ediblər.

Batmanda yolları bağlamaq istəyən etirazçılar polisə daş və hava fişəngləri atıblar. Siirtdə kütlə polis əməkdaşlarından birini yaralayıb. Adıyaman və Mardində isə etirazçılar “molotov kokteyli”ndən istifadə edib.


Şırnaqda üzləri bağlı halda küçələrə çıxan bir qrup polis çavuşunu linç etmək istəyiblər. Silopda yenə üzübağlı qruplar yolları bağlayıb. İğdırla Ağırı vilayətində isə etirazçılar polislə silahlı qarşıdurmaya gediblər. Diyarbəkirdə də silahlı insident yaşanıb, gənclər əllərində silah küçələrə çıxaraq iaşə obyektlərini dağıdıblar.
Bununla yanaşı, üzübağlı qruplar bir traktoru yandırıb, avtobus sürücüsünü girov götürərək təhdid edib. Hazırda da müəyyən bölgələrdə polislə qarşıdurmalar davam edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm