PKK Türkiyə əsgərlərinə hücum etdi – FOTO
Bizi izləyin

Dünya

PKK Türkiyə əsgərlərinə hücum etdi – FOTO

Türkiyənin Tunceli vilayətinin Hozat mahalında yerləşən Yenibaş Jandarma Bölməsinə bir qrup PKK terrorçusu tərəfindən iri çaplı silahlarla hücum olunub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qəfil hücum zamanı ölən və ya yaralanan olmayıb.

Türkiyə Silahlı Qüvvələri sözügedən bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb. Əraziyə Türkiyə Silahlı Qüvvələrinin ağır və zirehli texnikası cəlb olunub. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələri havadan vertolyotlarla da dəstək verir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm