İsrail baş nazirinə cinayət işi açıldı
Bizi izləyin

Dünya

İsrail baş nazirinə cinayət işi açıldı

İsrailin Baş naziri Benyamin Netanyahunun xərcələri ilə bağlı cinayət işi açılıb.

Axar.az İsrail radiosuna istinadən xəbər verir ki, Baş prokuror Yehuda Feinşteyn Netanyahunun Qüdsdəki Nazirlər Kabineti iqamətgahı ilə Kayseryada özünə aid evin xərcləri haqqında istintaq aparıldığını bildirib.

Sözügedən istintaqın korrupsiya idarəsində aparılması isə bir sıra şübhələrə yol açıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi istintaqla bağlı ətraflı məlumat verməyib. Lakin daha öncə açıqlanan hesabatda Nazirlər Kabinetinin xərclərinin artdığı bildirilmişdi. Bundan əlavə, xərclərin artmasında baş nazirin həyat yoldaşı Sara Netanyahu da tənqid olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm