Gəzinti kateri batdı, 20 nəfər öldü
Bizi izləyin

Dünya

Gəzinti kateri batdı, 20 nəfər öldü

Misirdə Nil çayında gəzinti kateri yükdaşıyan gəmi ilə toqquşub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qahirə yaxınlığında baş verən hadisə nəticəsində 20 nəfər həlak olub.

Əvvəlcə ölənlərin sayının 12 nəfər olduğu bildirilirdi. Ənənəvi ailə gəzintisi və toy mərasimləri üçün nəzərdə tutulan katerdə həmin vaxtı 70 insan olub.

İlkin məlumata görə, həlak olanların hamısı Misir vətandaşlarıdır.

Xilasedicilər sağ qalanların axtarışını davam etdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm