PKK üzvündən şok etiraf: “Bombanı biz yerləşdirdik və...” - FOTOFAKT
Bizi izləyin

Dünya

PKK üzvündən şok etiraf: “Bombanı biz yerləşdirdik və...” - FOTOFAKT

Türkiyədə 7 iyun parlament seçkilərindən öncə HDP-nin Diyarbəkirdəki mitinqində partlayan bombanın PKK tərəfindən yerləşdirildiyi ortaya çıxıb.


Publika.az xəbər verir ki, bunu PKK-nın üzvü D.B etiraf edib.


Türkiyə mediasının məlumatına görə, həmin terrordan bir gün sonra - iyunun 8-də Qarsda polisə təslim olan 18 yaşlı D. B iki il ərzində PKK-da gördüyü hər şeyi etiraf edib.


“Bomba partlayandan sonra “PKK seçki artıq bizimdir” deyə sevinməyə başladı”, - deyə D. B bildirib.


Onun sözlərinə görə, mitinqdən öncə həmin yerə bombanı PKK yerləşdirib: “Həmin mitinqdən iki gün öncə Rojin adlı xanım məni Ömər adlı şəxslə Diyarbəkirə göndərdi. Diyarbəkirdə köhnə bazarda yerləşən bir evə getdik. Evdə üç adam var idi. Burada daha öncə hazırlanmış böyük çantada bomba var idi. Bizə dedilər ki, bombanı HDP-nin mitinq keçirəcəyi yerə qoymalıyıq. Daha sonra Ömər adlı şəxs bombanı götürdü. Dedi ki, bunu verəcəyi adam işi asanlıqla yerinə yetirəcək. Həmin adam mitinqin keçiriləcəyi yerdə nəzarətçi idi. Biz də Ömərlə birgə eyni gündə avtobusla İstanbula qayıtdıq. Diyarbəkirdə mitinqin olduğu gün biz Rojinin evindəydik. Bomba partlayandan sonra Rojin sevindi. “Bizim işimiz asanlaşdı, seçkinin nəticəsi artıq təmin olunub” deyə sevindi. Bununla yanaşı, təşkilata yeni üzvlərin cəlb edilməsi, narkotik və silah paylanması işini davam etdirirdik. Bunları Ömərlə birgə əvvəlcə Diyarbəkirə, oradan da Kobani sərhədinə aparırdıq”, - deyə o ifadəsində bildirib.


D. B PKK-nın böyük səs gətirəcək terror aktları törədəcəyini də deyib.

“Diyarbəkirdəki mitinqdə həyatını itirənlərə görə çox peşmanam. Buna görə də polisə təslim olaraq kömək etmək qərarına gəldim”, - deyə o bildirib.


Qeyd edək ki, 5 iyunda keçirilən mitinqdə 4 nəfər həyatını itirib, 200-dən çox adam yaralanıb.


İyulun 21-də Suruçda kürdlərə dəstək verən gənclərin toplaşdığı mərkəzdə törədilən terror aktının da eyni ssenariyə aid olduğu ehtimal olunur. Ekspertlər hesab edir ki, əsas məqsəd PKK-nın ictimai legitimlik əldə etməsi və Türkiyə ictimaiyyətində dəstəyin əldə olunmasına hesablanıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm