Bir təbəssümə 30 milyon dollarlıq malikanə tikdirdi - Türkiyədə (FOTO)
Bizi izləyin

Dünya

Bir təbəssümə 30 milyon dollarlıq malikanə tikdirdi - Türkiyədə (FOTO)

Bir təbəssümə 30 milyon dollarlıq malikanə tikdirdi


Türkiyədə 2013-cü il 17 dekabr əməliyyatından sonra camaat-AKP qarşıdurması fonunda bir çox gizlinlərə işıq tutuldu. Camaat iqtidarın qaranlıq olan tərəflərini, AKP-də buna qarşılıq olaraq əsas kartlarını açıqlayır.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, camaat lideri Fətullah Gülənin Türkiyədəki mülkləri haqda iddialar ortaya çıxıb. “Fətullah Gülənin bir təbəssümünə bütün malımı qurban verərəm” deyən iş adamı Akın İpekin gülən üçün tikdirdiyi lüks malikanənin qarşılığında Polis kəşfiyyat idarəsinin yanında 40 sotluq dövlət ərazisindən istifadə etdiyi haqqında xəbərlər yayılıb.

Ağ Evə bənzəyən 30 milyon dollarlıq malikanənin inşasına başlanmasından sonra A. İpeke adı çəkilən ərazidə tikinti aparmasına icazə verilib. Milli Əmlak İdarəsinə aid olan ərazini almaq üçün nazirlikdəki nüfuzlu şəxslər vasitəsilə Dövlət reyestr idarəsinə təzyiq edildiyini deyilir. 12 milyon türk lirəsində dəyəri olduğu deyilən ərazidə aparılan inşaat layihəsi üçün Ömər Altınparmağın rəhbərliyi vaxt Təhlükəsizlik Kəşfiyyat İdarəsindən də icazə alınıb. İdarə yanında inşaat aparılmasına razı olub.

Gülən üçün İncəkdə inşa edilmiş sarayın qarşılığında verilən dövlət ərazinin iki illiyinə kirayələndiyi bildirilir. Anlaşma üçün İpek Koza Qrupu ilə Koza Vəqfinə aid ünuversitet arasına xəyali bir protokol düzəldilib və reyestr idarəsindən bu protokola əsasən kupça alınıb. Sənədlərə görə, Koza Vəqfinə aid universitetin yaradıldığı ərazi, 9 iyun 2005-ci il tarixdə 22971 saylı sənədlər maliyyə xəzinəsinə verilib. 39 min 612 kvadratmetr olan bu ərazi 2012-ci ildə 2 illiyinə Koza Vəqfinə universitet yaradılması üçün Milli Əmlak İdarəsinə verilib. Kirayə müddəti 2 illik olmasına baxmayaraq milyon dollarlıq inşaata başlanıb. Ötən ay kirayə müddəti bitsə də daha 2 illiyinə uzadılıb. Beləliklə də, iş adamı A. İpekin İncəkdə inşaa etdirdiyi 30 milyonluq malikanə qarşılığında 120 milyon lirəlik ərazini istifadə etməsi təmin edilib. Sənədlərə görə, ərazinin mülkiyyəti maliyyə xəzinəsinə aid olan ərazi 31 avqust 2036-cı ilə qədər reyestr idarəsinə verilib. Çankaya bölgəsindən kənarda plan dəyişikliyi nəticəsində ərazi Koza Qrupuna aid İpek Universitetinə ağac əkmək üçün verilib.

Bu əraziyə bitişik ərazidə Xəritə İdarəsi və Aktiv Sərmayə İdarəsinin xidmət binası yerləşir. Həmin əraziyə yaxın olan digər yerdə 53 metr ceyran dərisinə yazılmış Fatih Sultan Mehmetə aid Ayasofiya Vəqfiyyəsi kimi tarixi əsərlərin olduğu Arxiv İdarəsi var. İnşaat aparıldığı üçün bu tarixi əsərlər və binalar təhlükədə olduğu deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm