Kreml Ukraynanı Krımın zəbtində ittiham etdi
Bizi izləyin

Dünya

Kreml Ukraynanı Krımın zəbtində ittiham etdi

“Krım 1991-ci ildən 2014-cü ilə qədər Ukrayna tərəfindən sakitcə zəbt edilmişdi”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Dövlət Dumasının spikeri Sergey Narışkin deyib.

Onun sözlərinə görə, bütün bu vaxt ərzində yarımadanın sakinləri özünü qürbətdə hiss edir və “vətən”də olmağa arzulayırdı.

“1991-ci ildən 2014-cü ilə kimi Krımda sülh var idi, amma faktiki olaraq Ukrayna tərəfindən zəbt edilmişdi. Bilirəm ki, Krımın əhalisinin əksəriyyəti bütün bu illər ərzində özlərini qürbətdə hiss edirdilər və onlar yenidən tarixi vətənində - Rusiyada olmağı arzulayırdılar”, - Narışkin söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm