• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İslandiya səmasını müdafiə etməli olan Çexiya qırıcısı bazaya qayıdıb

  • Dünya
  • 24 İyul 2015 04:15
  • 337 Baxış
İslandiya səmasını müdafiə etməli olan Çexiya qırıcısı bazaya qayıdıb

Çex Respublikası hərbi hava qüvvələrinin iyulun 22-dən başlayaraq İslandiya səmasını müdafiə etməli olan "JAS-39 Grıpen" qırıcı təyyarələri öz bazalarına qayıdıb.

Çexiyadan yola düşən qırıcı təyyarələrdən birində baş vermiş texniki nasazlığa görə ölkənin baş qərargahı bütün təyyarələri geri qaytarmağı qərara alıb. Qırıcı təyyarələrə texniki nəzarət həyata keçiriləcək və onların hamısının iyulun 23-də İslandiyaya uçacağı gözlənilir.

NATO çərçivəsində müqavilə üzrə ittifaqın üzvü olan bütün dövlətlər növbə ilə İslandiyanı qoruyurlar, çünki onun öz ordusu yoxdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR