ABŞ “Boko Haram”ı dəstəkləyir – İDDİA
Bizi izləyin

Dünya

ABŞ “Boko Haram”ı dəstəkləyir – İDDİA

Nigeriya prezidenti Məhəmməd Buxari ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra Vaşinqtonu “Boko Haram” terror qruplaşmasına dolayı yolla dəstək verdiyini bildirib.

Publika.az “BBC News”a istinadən xəbər verir ki, Buxarinin fikrincə, Vaşinqtonun insan hüquqların pozulmasına görə Nigeriyaya silah verməkdən imtina etməsi terror qruplaşması üçün əlavə imkanlar yaradır.

Nigeriyanın dövlət başçısı qeyd edib ki, ölkəsi terror qruplaşmasını ləğv etmək üçün lazımı silah və texnologiyalara malik deyil.

Məhəmməd Buxari 20 iyulda Vaşinqtonda Barak Obama ilə görüşüb. O, əlavə kömək üçün Obamaya xahiş edib. Daha əvvəl ABŞ “Boko Haram”la vuruşan Afrika ölkələrinin koalisiyasına 5 milyon dollar hərbi yardım edəcəyinə söz verib.

Qeyd edək ki, “Boko Haram” 2002-ci ildə yaradılıb. Qruplaşma əsasən Nigeriya və qonşu ölkələrin ərazisində fəaliyyət göstərir. “Boko Haram”ın tərəfdarları şəriət qaydalarının tətbiqi və Qərbin təsiri ilə mübarizəni dəstəkləyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm