• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Şarapovanın sərvəti açıqlandı

  • Dünya
  • 24 İyul 2015 08:49
  • 1 191 Baxış
Şarapovanın sərvəti açıqlandı

Maria Şarapova Forbes jurnalında dərc olunmuş rusiyalı şou biznes və idman ulduzlarının reytinq siyahısında birinci yerə layiq görülüb.

Publika.az-ın məlumatına görə, son il ərzində 28 yaşlı tennisçi qadının gəliri 24,4 milyon dollardan 29,7 milyon dollara yüksəlib. Siyahıda ikinci yeri müğənni Filip Kirkorov tutub. Onun gəliri 10,4 mln dollar təşkil edir.

Məşhurlar siyahısında sonrakı yerləri müğənni Qriqori Leps, hokkeyçi Aleksandr Oveçkin, teleaparıcı Kseniya Sobçak və rejissor Nikita Mixalkov tuturlar. Rusiyalı məşhurların reytinq siyahısında birinci onluğun axırında yer tutan müğənni Dima Bilandır.

Ümumilikdə Rusiyalı məşhurlar siyahısına 50 nəfərin adı daxil edilib. Son il ərzində onların ümumi qazancı 174 milyon dollar təşkil edib. Bu rəqəm keçən ilki göstəricidən 24 faiz azdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR