• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İstanbulda 5 min polis ayaqda: PKK və İŞİD-ə qarşı xüsusi əməliyyat – FOTO

  • Dünya
  • 24 İyul 2015 10:41
  • 807 Baxış
İstanbulda 5 min polis ayaqda: PKK və İŞİD-ə qarşı xüsusi əməliyyat – FOTO

İstanbul Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları şəhər daxilində xüsusi əməliyyat keçiriblər.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əməliyyata havadan polis helikopterləri də dəstək veriblər.

Bu gün səhər saatlarında başladılan xüsusi əməliyyat İstanbulun 26 mahalında olduğu ehtimal edilən terrorçu qruplara qarşı yönəlib.

Əməliyyat zamanı 140 yaşayış ünvanında axtarış aparılıb. Xüsusi əməliyyata 5 min polis cəlb edilib. Əməliyyatın nəticəsi olaraq, İŞİD və PKK ilə əlaqəsi ehtimal edilənlərin saxlanıldığı deyilir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR