İstanbulda 251 nəfər saxlanıldı – FOTOLAR
Bizi izləyin

Dünya

İstanbulda 251 nəfər saxlanıldı – FOTOLAR

Bu gün səhər İstanbul Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən başladılan xüsusi əməliyyat zamanı 251 nəfər saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, havadan polis helikopterlərinin dəstək verdiyi əməliyyatda saxlanılan şəxslər İŞİD və PKK ilə əlaqədə şübhəli bilinirlər.

Türkiyə polisi yaxın saatlarda əməliyyatla bağlı daha ətraflı məlumat yayılacağını bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında başladılan xüsusi əməliyyat İstanbulun 26 mahalında olduğu ehtimal edilən terrorçu qruplara qarşı yönəlib.

Əməliyyat zamanı 140 yaşayış ünvanında axtarış aparılıb. Xüsusi əməliyyata 5 min polis cəlb edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm